Material identifikasiyası nədir və hansı üsullarda tətbiq olunur ?

Əlimizdə mövcud olan və mənşəsi məlum olmayan xammal, hal hazırda istifadə etdiyimiz bir məhsulun material xassələrini bilmədiyimizə və ya əks mühəndislik etmək istədiyimiz hallarda bu yoxlama üsulundan istifadə edərik. Bu yoxlama üsulunun həm dağıdıcı və həm də qeyri-dağıdıcı çeşidləri mövcuddur. Ayrıca, bu sahədə istifadə olan avadanlıqların səyyar və sabit çeşidləri var. Adı gedən metod ümumiyyətlə metalların identifikasiyasında istifadə olunur.

PMI (Positive Material Identification) : Səyyar çeşidləri ümumiyyətlə sahədə istifadə edilir və materiala zərər vermədən materialın çeşidini təyin edir. Hal hazırda dünyada ən çox istifadə olan metod PMI metodudur. Bu metodda tüfəngə bəznər və uc nöqtəsində zəif rentgen şüası yayan bir alətdən istifadə olunur və adından da məlum olduğu kimi ( Positive Material Identification) sadəcə materialın örüyü haqqında məlumat verir.

 

Optical Emission Spectroscopy : Materialın növünü daha dəqiq məlum edən ikinci çeşid isə spektral analizdir. Bu üsul dağıdıcı olduğu üçün, daha çox xammal identifikasiyası və material hazırlmalarda istifadə edilir. Bu üsulun da səyyarı mövcuddur lakin sahədə istifadə edilməsi çox da əlverişli deyildir. 

 

 

X-ray Powder Diffraction (XRD) :Üçüncü və ən dəqiq metod isə XRD üsuludur. X-ray toz difraksiyası (XRD) sürətli analitik üsuldur. Təhlil olunan material incə üyüdülür, homojenləşdirilir və orta həcmli tərkibi müəyyən edilir. Bu metod bütün identifikasiya metodları içində ən dəqiqidir və mənfi cəhəti budur ki başda dağıdıcı görsənməsə də materialı toz halinə gətirdiyimiz üçün materiala zərər verir.

 

Material identifikasiyasının tətbiq edildiyi sahələr:

1. Xammalların identifikasiyası və verifikasiyasında

2. Qaynaqdan əvvəl naməlum materialın identifikasiyası

3. Qaynaqdan sonra dolğu materialın verifikasiyası

4. Gömrükləmədən əvvəl idxal olunmuş malın identifikasiyası

5. Metaləritmənin material hazırlamasında

6. Qiymətli metalların satışı və qəbulunda

" KERIMBEYLI " MMC- sizə necə köməklik edir?

Şirkətimizə adı gedən metodlarla əlaqədar məlumat əldə bilərsiniz. Ayrıca, şirkətimiz bu xidmətin tətbiqi, avadanlıqların təmini və kirayəsiylə əlaqədar sizə köməklik etməyə hazırdır.