Konsultasiya xidməti nədir?

Konsultasiya xidməti fərdlər və ya şirkətlər tərəfindən təklif olunan peşəkar xidmətdir və o, təşkilata daha yaxşı nəticələr əldə etmək üçün təqdim olunan xidmət olaraq nəzərdə tutulur. Ümumiyyətlə, məsləhətçilər müəyyən bir sahədə xüsusi bilik, bacarıq və ya təcrübəyə malikdirlər.

Hansı işlər üçün konsultasiya xidməti alınmalıdır?

Yeni sahələrdə biznesini inkişaf etdirmək və ya hal hazırdakı fəaliyyətlərinin nəticələrini daha səmərəli etmək istəyən fiziki və ya hüquqi şəxslər adı gedən sahədə təcrübəsi olan fərdlərə və ya şirkətlərə müraciət edə bilərlər. 

 

" KERIMBEYLI " MMC-də hansı konsultasiya xidmətləri təqdim edilir?

" KERIMBEYLI " MMC-də məsləhət xidmətləri üç alt qrup adıyla müştərilərə təqdim edilir:

  • Sertifikatlaşdırmaya hazırlıq və sertifikatlaşdırma ilə əlaqədar xidmətlər
  • Texniki məsələlər üzrə xidmətlər
  • Təlim və fərdi sertifikatlaşdırma xidmətləri

yuxarıda adı gedən qrupları daha ətraflı bu səhifənin əlavələrində təqdim edilmişdir.