Akkreditasiya nədir?

Akkreditasiya uyğunluğun qiymətləndirilməsi orqanının (sertifikasiya orqanı, inspeksiya orqanı və ya laboratoriya kimi) tanınmış standartlara görə müstəqil, üçüncü tərəf tərəfindən qiymətləndirilməsidir. Adı gedən qurum qərəzsiz şəkildə uyğunluğun yoxlanılması üçün göstərişləri yerinə gətirilməlidir və eyni zamanda müraciətçinin sahəsiylə əlaqədar yetərli səriştəliyə malik olmalıdır. Ümumiyyətlə, akkreditasiya sertifikatı hər ölkədə müstəqil fəaliyyət göstərən akkreditasiya orqanları tərəfindən verilir. Azərbaycandakı akkreditasiya orqanının adı Azərbaycan Akkreditasiya Mərkəzidir. 

Uyğunluğun yoxlanılması və Akkreditasiyanın arasındakı əlaqə nədir?

 

Ümumiyyətlə, bir məhsul və ya xidməti təqdim edən qurumun uyğunluğu 3 şəkildə yoxlanıla bilər: (ISO 17000 serisi)

 

  • Birinci üsul qurumun öz uyğunluğu haqda bəyan etdikləridir. Yəni qurum özü hər hansı bir sənədində və ya saytından müştərilərə və digər maraqlı tərəflər uyğunluğu haqda bəyanat verir. Bu üsul çoxlu müştəri tərəfindən məqbul görülmür, çünki heç aşpaz öz bişirdiyi aşa dussuz deməz !

 

  • İkinci üsul isə müştəri tərəfindən uyğunluğun yoxlanılmasıdır. Yəni müştəri və ya onun təşkilatında çalışan tərəflər məhsul və ya xidməti təqdim edən müəssisəni yoxlayırlar və onun uyğunluğu haqda qərar verilər. Bu üsul da fərdi müştərilər tərəfindən tətbiq edilməsi çətin olduğuna görə, və eyni zamanda qərəzsizliyin tam şəkildə təmin edilməsi haqqında tam zəmanət olmadığı üçün tərcih edilmir.

 

  • Üçüncü və ən çox rəğbət görən üsul müstəqil orqan tərəfindən məhsul və ya xidmət verən bir orqanın uyğunluğu haqda rəy bildirilməsidir. Bu metodda, müəssisə özü və heç bir basqı olmadan və könüllü formada, müstəqil fəaliyyət göstərən akkreditasiya orqanına müraciət edir və uyğunluğu haqda akkreditasiya sertifikatı alır. Bir müştəri üçün uyğunluğun yoxlanılmasında, bu üsul ən sürətli, əlçatan və ucuz üsuldur. Müştəri sadəcə Akkreditasiya orqanının saytına müraciət etməklə, xidmət və ya məhsul almaq istədiyi müəssisəni yoxlayıb uyğun olduğundan əmin ola bilər.

 

Misal üçün bir tibb laboratoriyasını nəzərdə tutun. Hər hansı səhhət problemi ilə əlaqədar həkimə müraciət etdiniz və analizlərin alınması üçün sizi bir laboratoriyaya yönləndirdi. Siz qan analizi verməyi düşünürsüz, amma laboratoriyanın uyğun olduğundan şübhəlisiniz ! Bilmirsiniz ki, sizin qanınızdaki dəyərləri düzgün və ya səhv göstərəcək ?! Bu hekayənin əksini fikirləşin, Akkreditasiya orqanı tərəfindən akkreditə nişanı almış bir laboratoriyaya yaxınlaşırsınız. Siz də əminlik hissi var ki, bu qurumun uyğunluğu ən azı ildə 1 dəfə yoxlanılmaqdadır, işçiləri isə nə etdiklərini bilirlər və bəlli bir çərçivədə fəaliyyət göstərirlər. İkinci variant həmişə daha güvənli olur.

 

Uyğunluq Silsiləsi Haraya Qədər Uzanır?

 

Bir müəssisənin uyğunluğu Akkreditasiya Orqanı tərəfindən yoxlanır və ona o sahə üzrə akkreditasiya sertifikatı verilir. Misal üçün bir laboratoriyanı nəzərdə tutun. O laboratoriyanın uyğunluğu ISO 17025 standartına əsasən yoxlanılır. Burda bir sual meydana gəlir ki Akkreditasiya Orqanının uyğunluğunu kim yoxlayır? Akkreditasiya Orqanları da ISO 17011 standartı üzrə yoxlanılırlar. Beynəlxalq Akkreditasiya Forumu (IAF) və Beynəlxalq Laboratoriya Akkreditasiyası Əməkdaşlığı (ILAC) akkreditasiya orqanlarına beynəlxalq tanınma təmin edir. IAF və ILAC tərəfindən təsdiq edilmiş bir çox beynəlxalq səviyyədə tanınmış akkreditasiya qurumları var.

 

Akkreditasiya Standartları Nələrdir? 

 

Ümumiyyətlə akkreditasiya sertifikatı bəlli sahə və ya sahələr üzrə müəssisələr verilir. Akkreditə olmuş müəssisə sadəcə akkreditasiya sahəsində yazılmış olan fəaliyyətlər və onların normativ sənədləri üzrə akkreditə şəkildə fəaliyyət göstərə bilərlər və akkreditasiya orqanının nişanından istifadə edə bilərlər. Ayrıca, akkreditasiya sertifikatlarının özləri qurumun fəaliyyətindən, asılı və bağlı olduğu digər müəssisələrlə əlaqədar çeşidlənir. Ümumiyyətlə, Akkreditasiya Standartları aşağıdakılardan ibarətdir :

 

  • ISO/IEC 17024:2012 Uyğunluğun qiymətləndirilməsi
    Heyətin sertifikatlaşdırılması ilə məşğul olan orqanlara ümumi tələblər

 

  • ISO/IEC 17025:2017
    Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətlərinə dair ümumi tələblər

 

  • ISO/IEC 17020:2012 Uyğunluğun qiymətləndirilməsi
    Yoxlama aparan müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər

 

  • ISO/IEC 17065:2012 Uyğunluğun qiymətləndirilməsi
    Məhsulları, prosesləri və xidmətləri sertifikatlaşdıran orqanlara olan tələblər

 

  • ISO/IEC 17021:2015 Uyğunluğun qiymətləndirilməsi
    İdarəetmə sistemlərinin auditini və sertifikatlaşdırılmasını həyata keçirən orqanlara olan tələblər

 

  • ISO 15189:2022 Tibbi laboratoriyalar
    Keyfiyyət və səriştəlik tələbləri

 

" KERIMBEYLI " MMC- sizə necə köməklik edir?

Adı gedən prosesləri başlamaq üçün şirkətimizə müraciət edə bilərsiniz. Şirkətimizin təcrübəli mütəxəssisləri aşağıda qeyd edilmiş olan xidmətləri həyata keçirirlər:

 

  • Yuxarıda adı gedən sahə ilə əlaqədar idarəetmə sisteminin yaradılması
  • Var olan İdarəetmə Sisteminin dəyişdirilməsi, fəaliyyət sahələrin genişləndirilməsi
  • Daxili auditlərin təşkil edilməsi (xüsusiylə xarici audit öncəsi)
  • Personala sertifikatlı təlimin təşkil edilməsi